Sizin elektronika tərəfdaşınız
Noutbuk adapteri cihazın ən çox sıradan çıxan hissələrindəndir — kabelin qırılması, ucluğun əyilməsi və ya gücün azalması adi haldır. Bu bölmədə Acer, Asus, Dell, HP və Lenovo noutbukları üçün orijinal və uyğun adapterlər təqdim olunur. Düzgün adapter seçmək üçün üç göstərici vacibdir: gərginlik (V), cərəyan gücü (A) və ucluğun ölçüsü. Hər elanda bu parametrlər açıq yazılıb, həmçinin adapterin hansı modellərə uyğun gəldiyi göstərilir. Yanlış gücə malik adapter batareyaya və ana plataya zərər verə bilər, ona görə seçimdə çətinlik çəkirsinizsə, noutbukunuzun modelini bizə yazın — uyğun variantı biz seçək. Bütün adapterlər yoxlanılmış və zəmanətlidir.
Axtarış
Yuxarı qalx