RAM artırmaq noutbukun performansını yüksəltməyin ən sadə yollarındandır — xüsusən çoxlu brauzer səhifəsi açanda, Photoshop, AutoCAD kimi proqramlarla işləyəndə fərq dərhal hiss olunur. Bu bölmədə noutbuklar üçün DDR2, DDR3 və DDR4 tipli SO-DIMM yaddaş modulları təqdim olunur. Seçim edərkən üç şeyə diqqət etmək lazımdır: yaddaşın tipi (DDR3 modul DDR4 yuvasına girmir), tezliyi və həcmi. Gündəlik iş üçün 8 GB kifayət edir, ağır proqramlar üçün 16 GB tövsiyə olunur. Hər elanda tip, həcm və tezlik göstərilir. Noutbukunuzun hansı tipi dəstəklədiyini bilmirsinizsə, modeli bizə yazın. Bütün modullar test edilib və zəmanətlidir.
RAM
Əsas səhifə/RAM
Bölmələr
Adapterlər
Monitorlar
Axtarış